"Bavariya" daha bir transferi həll edib. Fanat.az xəbər verir ki, Münhen klubu "Ayntrxt"ın futbolçusu Sebastian Rode ilə anlaşıb. Yarımmüdafiəçinin mövsümün sonunda Frankfurtla müqaviləsi başa çatacaq və azad agent kimi "Bavariya"ya keçəcək. Transferi "Ayntraxt"ın rəsmiləri də təsdiqləyib.
Qeyd edək ki, Sebastian Rode ötən ilin yayında Bakıda oynayıb. Belə ki, Avropa Liqasında "Qarabağ"ın riəqibi olan "Ayntarxt"ın heyətində bu futbolçu da ölkəmizə gəlib. Avqsutun 22-də keçirilən matçın start heyətində yer alan Rode 85-ci dəqiqədə əvəzlənib. Bir həftə sonra Frankfurtda baş tutan cavab matçının start heyətində yer alan yarımmüdafiəçi 10-cu dəqiqədə Aleksandr Meyerin vurduğu ilk qolun ötürməsini verib. Bu oyunda o, 63 dəqiqə oynayıb.
Fanat.az