Avropa Liqasının qrup mərhələsində "Qarabağ”ın rəqibi olan "Sent-Etyen"in baş məşqçisi Kristof Qalte fikirlərini bildirib. Fanat.az xəbər verir ki, Fransa klubunun çalışdırıcısı "Qarabağ”ı tanımadığı bildirib:
"Ortabab qrupa düşmüşük. "İnter" haqda nəsə deməyə ehtiyac yoxdur. Hər kəs bu klubun gücünə bələddir. "Dnepr" də güclü komandadır. Azərbaycan komandasını isə tanımıram. Ancaq köməkçilərim bu və digər iki rəqib haqda məlumat toplamağa başlayıblar. Biz çox səyahət edəcəyik. Hədəfimiz var. Turnirə qədər hazır olmalıyıq".
Fanat.az