Bu gün Topaz Premyer Liqasında XXIV turun oyunları keçirilib. Fanat.az хəbər verir ki, bütün qarşılaşmalar eyni gündə baş tutub.
Tura "İnter" - "Simurq" oyunu ilə start verilib. "İnter Arena"da baş tutan oyunda 3 qol vurulub və "bankirlər" 2:1 hesablı qələbə qazanıb. Hesabı 18-ci dəqiqədə Baçana Tsxadadze açıb. 79-cu dəqiqədə Elvin Məmmədov komandasının ikinci qolunu vurub. 87-ci dəqiqədə fərqi minimuma endirən Marko Stanoyeviç bir dəqiqə sonra qırmızı vərəqə alıb.
"Neftçi" "Sumqayıt"ın qonağı olub və 1:0 hesablı qələbə qazanıb. Paytaхt klubuna 3 хal qazandıran qola 83-cü dəqiqədə Nikolas Kanales imza atıb.
Turnir cədvəlinin lideri "Qarabağ" "Qəbələ"ni qəbul edib. Oyunda hesab 45-ci dəqiqədə açılıb. Namiq Ələsgərovun avtoqolu "Qəbələ"ni hesabda önə keçirib. Bundan sonra oyunda qol vurulmadığından, qonaq komanda paytaхtda qələbə qazanıb.
Turun digər oyununda isə "Xəzər Lənkəran" "Bakı"nı sınağa çəkib. 9-cu dəqiqədə Ağabala Ramazanov hesabı açıb. "Bakı" buna 43-cü dəqiqədə Nurlan Novruzovun vurduğu qolla cavab verib. 79-cu dəqiqədə yenidən rəqib qapısına yol tapan Ramazanov komandasına qələbə qazandırıb - 2:1. Lakin o, oyunu başa çatdıra bilməyib və 90+1-ci dəqiqədə qırmızı vərəqə alıb. Bundan 2 dəqiqə sonra isə "Bakı"dan Georgios Pelagias meydandan qovulub. Bununla da "Xəzər Lənkəran" 2015-ci ildə ilk qələbəsini qazanıb.
Qeyd edək ki, "Araz Naхçıvan" çempionatdan çıхdığından AZAL bu turda istirahət edib.
Premyer Liqa
2014/15 mövsümü
III dövrə, XXIV tur
28 fevral
İnter - Simurq 2:1
Qollar: Baçana Tsxadadze, 18. Elvin Məmmədov, 79 - Marko Stanoyeviç, 87.
İnter: 25. Səlahət Ağayev (k), 3. Laşa Salukvadze, 8. Mikel Alvaro, 10. Elvin Məmmədov, 17. Məhəmməd Mirzəbəyov, 21. Arif Daşdəmirov, 22. Əfran İsmayılov (15. Yohan Bokonyano, 46), 23. Voyislav Stankoviç, 28. Baçana Tsxadadze (82. Ruben Şaken, 61), 88. Derlis Meza Kolli, 91. Coşqun Diniyev (24. Fuad Bayramov, 83).
Ehtiyat oyunçular: 1. Georgi Lomaya, 11. Asif Məmmədov, 33. Matiya Şpiçiç, 80. Nizami Hacıyev.
Baş məşqçi: Kaxaber Tsxadadze.
Simurq: 1. Pavel Kapsa, 2. İlkin Qırtımov (k), 4. Xuan Alberto, 6. Samir Zərgərov (81. Nicat Muxtarov, 86), 10. Rəşad Eyyubov (22. Cihan Özkara, 65), 11. Draqan Çeran, 14. Vüqar Mustafayev, 18. Tural Axundov, 20. İdan Vaytsman, 26. Benjamin Lambot (7. Elnur Abdullayev, 53), 88. Marko Stanoyeviç.
Ehtiyat oyunçular: 35. Amil Ağacanov, 3. Adam Banaş, 5. Vadim Abdullayev, 8. Patrik Osiako.
Baş məşqçi: George Çixradze.
Sarı vərəqələr: Laşa Salukvadze, 86 (qeyri-idman hərəkəti). Fuad Bayramov, 88 (qeyri-idman hərəkəti). Derlis Meza Kolli, 88 (oyunun bərpasını ləngitdiyinə görə) - Benjamin Lambot, 37 (qeyri-idman hərəkəti). Vüqar Mustafayev, 56 (qeyri-idman hərəkəti). Marko Stanoyeviç, 74 (qeyri-idman hərəkəti), 88 (qeyri-idman hərəkəti).
Qırmızı vərəqə: Marko Stanoyeviç, 88.
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Vüqar Bayramov, Munis Abdullayev.
Əlavə köməkçi hakimlər: Orxan Məmmədov, Vüsal Əliyev.
AFFA nümayəndəsi: Elbrus Abbasov.
Hakim-inspektor: Rövşən Əhmədov.
"İnter Arena". 700 tamaşaçı.
Sumqayıt - Neftçi 0:1
Qol: Nikolas Kanales, 83.
Sumqayıt: 1. Andrey Popoviç, 2. Slavik Alxasov, 3. Vurğun Hüseynov, 5. Cəmil Hacıyev, 7. Ruslan Poladov (k), 9. Orxan Əliyev (17. Pərdis Fərcad-Azad, 46), 14. Məhəmməd Qurbanov, 18. Aleksandr Çertoqanov, 22. Tofiq Mikayılov, 45. Murad Ağayev (76. Uğur Pamuk, 82), 92. Bəxtiyar Həsənalızadə.
Ehtiyat oyunçular: 63. Şahruddin Məhəmmədəliyev, 6. Mikayıl Rəhimov, 8. Budaq Nəsirov, 11. Şahin Əliyev, 15. Nodar Məmmədov.
Baş məşqçi: Aqil Məmmədov.
Neftçi: 1. Aqil Məmmədov, 2. Karlos Kardozo, 3. Denis Silva, 9. Flavinyo (k) (7. Araz Abdullayev, 64), 10. Julius Vobay (22. Rauf Əliyev, 80), 11. Nikolas Kanales, 15. Erik Ramos, 16. Əziz Quliyev, 19. Mirhüseyn Seyidov (17. Rəhman Hacıyev, 55), 21. Samir Məsimov, 27. Məqsəd İsayev.
Ehtiyat oyunçular: 30. Saşa Stamenkoviç, 4. Rahil Məmmədov, 18. Kaue da Silva, 95. Elvin Bədəlov.
Baş məşqçi: Arif Əsədov.
Sarı vərəqələr: Aleksandr Çertoqanov, 44 (qeyri-idman hərəkəti). Orxan Əliyev, 45+1 (bilərəkdən əllə oyun) - Məqsəd İsayev, 11 (qeyri-idman hərəkəti). Əziz Quliyev, 69 (qeyri-idman hərəkəti). Nikolas Kanales, 75 (qeyri-idman hərəkəti).
Hakimlər: Ramil Diniyev, Azər Əsgərov, Elşən Acalov, Xəlil Xəlilov.
AFFA nümayəndəsi: Maşallah Əhmədov.
Hakim-inspektor: Murad Məmmədov.
“Kapital Bank Arena”. 1200 tamaşaçı.
Qarabağ - Qəbələ 0:1
Qol: Namiq Ələsgərov, 45 (avtoqol).
Qarabağ: 13. İbrahim Şehiç, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 9. Reynaldo Silva, 10. Muarem Muarem, 14. Rəşad Sadıqov (k), 20. Riçard Almeyda, 25. Ansi Aqolli, 55. Bədavi Hüseynov, 77. Cavid Tağıyev, 99. Namiq Ələsgərov (17. Vüqar Nadirov, 65).
Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 6. Hacı Əhmədov, 7. Namiq Yusifov, 11. Danilo Dias, 18. İlqar Qurbanov, 24. Admir Teli.
Baş məşqçi: Qurban Qurbanov.
Qəbələ: 22. Dmitri Bezotosnı, 4. Elvin Camalov, 9. Viktor Mendi (18. Ruslan Fomin, 90+1), 10. Dodo (32. Mixail Sivakov, 87), 15. Ruslan Abışov (k), 16. Ruslan Tağızadə, 19. Aleksey Qay, 27. Bəxtiyar Soltanov, 34. Ürfan Abbasov, 44. Rafael Santos, 90. Ekiqo Ehiosun.
Ehtiyat oyunçular: 30. Anar Nəzirov, 5. Sadiq Quliyev, 17. Qismət Alıyev, 20. Rikardinyo, 99. Tellur Mütəllimov.
Baş məşqçi: Roman Qriqorçuk.
Sarı vərəqələr: Maksim Medvedev, 40 (qeyri-idman hərəkəti). Rəşad Sadıqov, 45 (hakim qərarına etiraz) - Dodo, 28 (qeyri-idman hərəkəti). Ekiqo Ehiosun, 34 (qeyri-idman hərəkəti). Ruslan Abışov, 77 (qeyri-idman hərəkəti). Ruslan Tağızadə, 82 (oyunun bərpasını ləngitdiyinə görə).
Hakimlər: İnqilab Məmmədov, Rza Məmmədov, Rahil Ramazanov, Elman Musayev.
Əlavə köməkçi hakimlər: Fariz Yusifov, Ramil Əhmədov.
AFFA nümayəndəsi: Telman Əzizov.
Hakim-inspektor: Məhəmməd Məmmədov.
Tofiq Bəhramov adına Respublika stadionu. 1000 tamaşaçı.
Xəzər Lənkəran - Bakı 2:1
Qollar: Ağabala Ramazanov, 9; 79 - Nurlan Novruzov, 43.
Xəzər Lənkəran: 19. Vyekoslav Tomiç, 3. Rasim Ramaldanov, 7. Sadio Tounkara, 10. Ağabala Ramazanov, 12. İlyas Səfərzadə (99. Mahsun Qəmbərli, 62), 14. Rahid Əmirquliyev (k), 17. Kazım Kazımlı (8. Elşən Rzazadə, 46), 42. Kamran Abdullazadə (34. Elnur İsmayılov, 80), 63. Alfred Sanko, 72. Elvin Mirzəyev, 97. Elnur Cəfərov.
Ehtiyat oyunçular: 25. Tərlan Qasımzadə, 6. İlqar Ələkbərov, 11. Nurxan Mənsimzadə, 96. Anar Babazadə.
Baş məşqçi: Elbrus Məmmədov.
Bakı: 12. Elxan Əhmədov, 2. Nicat Əsgərov, 5. Georgios Pelagias, 6. Vüqar Bəybalayev, 7. Nuran Qurbanov (4. Ülvi Süleymanov, 83), 10. Nurlan Novruzov, 19. Eltun Hüseynov, 56. Qeyrət Əliyev, 77. Ramazan Abbasov (21. Elşad Manafov, 72), 85. Jaba (k), 99. Kamil Nurəhmədov (28. Ülvi Quliyev).
Ehtiyat oyunçular: 1. Elçin Sadıqov, 11. Tural Qürbətov, 15. Azad Kərimov, 16. Rüstəm Rüstəmli.
Baş məşqçi: İbrahim Uzunca.
Sarı vərəqələr: İlyas Səfərzadə, 44 (qeyri-idman hərəkəti) - Georgios Pelagias, 3 (qeyri-idman hərəkəti); 90+3 (qeyri-idman hərəkəti). Nuran Qurbanov, 26 (hakimi aldatmağa cəhd). Vüqar Bəybalayev, 37 (qeyri-idman hərəkəti); Qeyrət Əliyev, 59 (qeyri-idman hərəkəti).
Qırmızı vərəqələr: Ağabala Ramazanov, 90+1 (təcavüzkarcasına davranış) // Georgios Pelagias, 90+3.
Hakimlər: Ömər Paşayev, Namiq Hüseynov, Kamran Bayramov, Elvin Əsgərov.
AFFA nümayəndəsi: Oqtay Abdullayev.
Hakim-inspektor: Asim Xudiyev.
“Xəzər Lənkəran” mərkəzi stadionu. 500 tamaşaçı.
| № | Klub | O | Q | H/H | M | T/F | X | |
| 1 | Qarabağ | 21 | 14 | 4 | 3 | 36-19 | 46 | |
| 2 | İnter | 21 | 10 | 10 | 1 | 35-10 | 40 | |
| 3 | Neftçi | 22 | 11 | 6 | 5 | 27-16 | 39 | |
| 4 | Simurq | 22 | 8 | 5 | 9 | 31-26 | 29 | |
| 5 | Qəbələ | 22 | 7 | 7 | 8 | 26-31 | 28 | |
| 6 | AZAL | 21 | 6 | 6 | 8 | 22-29 | 25 | |
| 7 | Xəzər Lənkəran | 21 | 6 | 5 | 10 | 26-30 | 23 | |
| 8 | Sumqayıt | 21 | 4 | 7 | 10 | 20-29 | 19 | |
| 9 | Bakı | 21 | 2 | 5 | 14 | 15-48 | 11 | |
|
Bombardirlər | Nurlan Novruzov (Bakı) - 11. Draqan Çeran (Smurq) - 10. Mikel Alvaro (İnter), Junior Nildo (İnter), Məhəmməd Qurbanov (Sumqayıt) - 8. Rəşad Eyyubov (Simurq) - 7. | |||||||
Fanat.az