Bəzi böyük klublar var ki, uzun illərdi çempionluğa həsrət qalıb. Azərbaycanda buna misal olaraq "Qarabağ"ı göstərə bilərik. Ağdam klubu müstəqillik dönəmində hələ ki, ilk və son çempionluq sevincini 1993-cü ildə yaşayıb.
Düzdü, "Qarabağ" özünü 1995/96 mövsümünün də çempionu hesab edir. Amma həmin mövsüm AFFA ağdamlıları çempion elən etsə də, UEFA qızıl medalların sahibi olaraq "Neftçi"ni tanıyıb. Bu səbəbdən "Qarabağ" artıq 13 ildi "qızıl"a həsrət qalıb.
Ancaq "Qarabağ" cari mövsümdə bu həsrətə son qoymaq üzrədi. Mövsümün sonuna 6 tur qalmış ən yaxın izləyicisini 13 xal qabaqlayan komanda çətin ki, bu üstünlüyü əldən versinb.
"Qarabağ"la eyni aqibəti yaşayan klubların sayı da yetərincədi. Onların arasından ən məşhurlarını təqdim edirik:
Trabzonspor (Türkiyə)
Son çempionluğu: 1983/84
Çempionluq sayı: 6
Atletiko (İspaniya)
Son çempionluğu: 1995/96
Çempionluq sayı: 9
Şalke 04 (Almaniya)
Son çempionluğu: 1957/58
Çempionluq sayı: 7
Valensiya (İspaniya)
Son çempionluğu: 2003/04
Çempionluq sayı: 6
Arsenal (İngiltərə)
Son çempionluğu: 2003/04
Çempionluq sayı: 13
Liverpul (İngiltərə)
Son çempionluğu: 1989/90
Çempionluq sayı: 18
Sent-Etyenn (Fransa)
Son çempionluğu: 1980/81
Çempionluq sayı: 10
Roma (İtaliya)
Son çempionluğu: 2000/01
Çempionluq sayı: 3
Napoli (İtaliya)
Son çempionluğu: 1989/90
Çempionluq sayı: 2
Qeyd edək ki, "Qarabağ" kimi "Atletiko" və "Liverpul" da cari mövsümdə həsrətə son qoymaq üzrədi. Hər iki komanda milli çempionatlarında turnir cədvəlinə başçılıq edir.
Fanat.az