"Qarabağ"ı oyun alqı-satqısında iştirak edən rəqibi

"Qarabağ"ı oyun alqı-satqısında iştirak edən rəqibi

"Qarabağ"ın Avstriyada yoxlama oyunu keçirəcəyi növbəti rəqibinin adı məlum olub. Fanat.az xəbər verir ki, Ağdam təmsilçisi Albaniyanın ən titullu komandalarından olan son çempion "Şkenderbeu" ilə qarşılaşacaq. 

Oyun iyulun 1-də keçiriləcək. Qarşılaşma yerli vaxtla 18.00-da (Bakı vaxtı ilə 20.00) başlayacaq.

Xatırladaq ki, "Qarabağ”  ilk yoxlama oyununu sabah yerli  "İnsbruck"a, ikinci yoxlama oyununu isə iyunun 28-i dördqat Rusiya çempionu "Zenit"ə qarşı keçirəcək.

Onu da bildirək ki, "Skenderbeu" oyun alqı-satqısında görə, UEFA tərəfindən avrokuboklardan qovulub.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər