"Qarabağ"ı məğlub etmək üçün səviyyən olmalıdı"

"Qarabağ"ı məğlub etmək üçün səviyyən olmalıdı"
"Qalib gəlmək üçün oynayırdıq. "Qarabağ" səviyyəli komandadı. Azlıqda qalana qədər çox yaxşı oynadıq". Fanat.az xəbər verir ki, bu sözləri "Qarabağ"la oyundan (0:1) sonra AZAL-ın baş məşqçisi Vaqif Sadıqov deyib.
Baş məşrçi Ramil Diniyevin Aleksandr Şemonayevi meydandan qovmasına etiraz edib: "Fikrimcə, oyunçumuz simulyasiya etməmişdi. Hər yıxılma epizoduna simulyasiya demək olmaz. Premyer Liqada klubumuzun 47 sarı kartı və qırmızı kartı var. Bu vəziyyəti mütləq düzəltməliyik".
"Qarabağ"ı məğlub etmək üçün mütləq səviyyən olmalıdı. Ümid edirəm ki, bizim komandamız da o səviyyəyə gəlib çatar" deyə Sadıqov əlavə edib.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər