"Qarabağ"ı məğlub edib həvəsləniblər" - Şahin Diniyev

"Qarabağ"ı məğlub edib həvəsləniblər" - Şahin Diniyev

“Bəlkə də bizi “Qəbələ” ilə oyundan da çətin qarşılaşma gözləyir. Uşaqlar bunu yaxşı dərk edirlər. Çalışacağıq ki, meydanda əlimizdən gələni edək”.

Fanat.Az-ın məlumatna görə, bu sözləri “Kəpəz”in baş məşqçisi Şahin Diniyev klubun rəsmi saytına açıqlamasında deyib.

Topaz Premyer Liqasının 20-ci turunda bu gün AZAL-la keçiriləcək oyundan danışan baş məşqçi görüşün asan olmayacağını bildirib: “Rəqib mübariz komandadır, meydançanın hər qarışı uğrunda vuruşur, motivasiyalıdır. “Qarabağ”ı məğlub ediblər və bu onlarda həvəsi daha da artırıb. Altı oyundur ki, top buraxmırlar”.  

Qeyd edək ki, AZAL - "Kəpəz" oyunu saat 13:30-da başlayacaq.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər