"Qarabağ"ı məğlub edən hakim - VİDEO

"Qarabağ"ı məğlub edən hakim - VİDEO

Dünən Avropa Liqasının qrup mərhələsi çərçivəsində baş tutan "Qarabağ" - "Dnepr" oyununda polşalı Pavel Gilin idarəçiliyi Ukrayna təmsilçisinin qələbə qazanmasında müstəsna rol oynadı. Fanat.az həmin görüşdə "Gilin xidmətləri"ni diqqətinizə çatdırır.

Təqdim etdiyimiz vdeoicmalda polşalının "qəhrəmanlıqları"nı bir-bir qabardacağıq. İcmaldakı saniyəölçənə əsasən Gilin özbaşnalıqlarını təqdim edirik.

00:19. Oyunun 7-ci dəqiqəsində Leroy Corc cərimə meydançasında topla irəlilədiyi epizodda onu arxadan itələyib yıxırlar. Diqqət yetirin, hakim hadisə yerinə kifayət qədər yaxındı. Lakin referi özünü görməməzliyə vurur.

01:08. Qarşılaşmanın 10-cu dəqiqəsinin bitdiyi an Reynaldonu aşkar şəkildə cərimə meydançasında yerə sərirlər.Referi yenə də hadisələrin ən qızmar nöqtəsində qərarlaşsa da, braziliyalı qoleadora qarşı qayda pozuntusu zamanı "gözlərinə mirvari suyu gəlir". Reynaldonun yerdə qaldığı epizodla bağlı qərarın biabırçılığı ondadır ki, Gil ya "nöqtə"ni göstərməli idi, ya da futbolçumuza simulyasiyaya görə sarı vərəqə. Ancaq o, heç  birini etməməklə ukraynalılara kömək etmək niyyətini aşkar nümayiş etdirdi. Çünki sarı vərəqədən söhbət belə gedə bilməzdi və deməli, 11 metrlik cərimə zərbəsi mütləq təyin edilməli idi.

Nəhayət, həmin epizodların oyunun taleyinə necə təsir etməsi barədə. Hər iki an hesab açılmamışdan əvvəl baş vermişdi. Yəni faktiki olaraq, hakim ədaləti kənara qoyub, qardaşlarına kömək etməsəydi artıq 10 dəqiqədən sonra tabloda 2:0 hesabı əks olunacaqdı. Başqa sözlə, oyunun müqəddəratı həll olunacaqdı.

Buyurun, izləyin, siz də qiymət verin.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər