"Qarabağ"ın uğurlu seriyası davam edir. Fanat.az xəbər verir ki, Ağdam klubunun məğlubiyyətsiz oyunlar seriyası 8-ə çatıb.
"Qarabağ" sonuncu dəfə yeni ilin ilk matçında - fevralın 1-ə təsadüf edən "Xəzər Lənkəran"la XXIX tur qarşılaşmasında yenilib - 0:1. Ondan sonra baş tutan 8 qarşılaşmada Qurban Qurbanovun yetirməliri 7 qələbə qazanıb, 1 heç-heçə edib. Son 4 oyunda qələbə qazanan "Qarabağ" rəqiblərini darmadağına məruz qoyub. Belə ki, ağdamlılar "Neftçi"yə 4:1, "Bakı"ya 4:0, "İnter" və "Sumqayıt"a isə 3:0 hesabı ilə qalib gəlib. 8 oyunda rəqib qapılarına 19 qol vuran "Qarabağ" cəmi 2 dəfə məyus olub.
XX tur: Qəbələ - Qarabağ 0:1
XXI tur: Qarabağ - AZAL 2:1
XXII tur: Rəvan - Qarabağ 0:2
XXIII tur: Qarabağ - Simurq 0:0
XXIV tur: Neftçi - Qarabağ 1:4
XXV tur: Qarabağ - Bakı 4:0
XXVI tur: İnter - Qarabağ 0:3
XXVII tur: Qarabağ - Sumqayıt 3:0
Fanat.az