Topaz Premyer Liqasının XXI turu çərçivəsində keçirilən "Zirə" - "Rəvan" matçı meydan sahiblərinin 2:1 hesablı qələbəsi yekunlaşıb. Fanat.az xəbər verir ki, qarşılaşmadan sonra meydan sahiblərinin baş məşqçisi Adil Şükürov oyunla bağlı fikirlərini səsləndirib:
"Gözlədiyimiz kimi çox ağır oyun oldu. Rəqibin oyunlarını izləmişdik. Döyüşkən, mübariz komandadı. Qol imkanlarımızdan istifadə edə bilmədik. Bu da bizim üçün bir siqnal oldu ki, əlimizə düşən şanslardan yararlanmalıyıq. Penaltinin təkrarına da baxdıq. Çox təhlükəli epizod idi, həycanlandığımızı deməliyəm. Həkimlər Elvin Məmmədovu müayinə edəcək. Onun vəziyyətində bundan sonra aydınlıq gələcək. Hər bir komandanın hədəfi birinci olmaqdı. Biz də çalışacağıq ki, birinci olaq. "Qarabağ"ı keçmək istəyirik. Niyə də olmasın?"
Fanat.az