"Qarabağ"dan Çumbinyo ilə bağlı AÇIQLAMA

"Qarabağ"dan Çumbinyo ilə bağlı AÇIQLAMA
"Qarabağ" Çumbinyo ilə bağlı rəsmi açıqlama verib. Fanat.az klubun rəsmi saytına istinadən açıqlamanı təqdim edir:
"Antalyada təlim-məşq toplanışında olan "Qarabağ" Futbol Klubunda daha bir dəyişiklik olub. 2013-cü ilin yayından "Qarabağ"ımızın sıralalarında olan Marinaldo Sisero Da Silva və ya qısaca olaraq Çumbinyo ilə qarşılıqlı  şəkildə yollar ayrılıb. Braziliyalı yarımmüdafiəçi 2,5 mövsüm "Qarabağ"ın uğurları üçün tər töküb. "Qarabağ" FK-nın heyətində 2 dəfə ölkə çempionu, 1 dəfə kuboka sahib çıxıb. "Qarabağ" Futbol Klubu Çumbinyoya "Qarabağ"dakı xidmətlərinə görə təşəkkür edir və gələcək karyerasında uğurlar arzulayır".
Fanat.az 
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər