Ölkəmizi Çempionlar Liqasında təmsil edən “Qarabağ” 3-cü transferini də reallaşdırıb. Fanat.az xəbər verir ki, Ağdam klubu braziliyalı Danilo Dias və 21 yaşlı futbolçulardan ibarət Azərbaycan millisinin üzvü Tərlan Quliyevin ardından AZAL-dan ayrılan Cavid Tağıyevi də böyük ölçüdə heyətinə qatıb.
Onunla 3 illik müqavilə razılaşdırılıb. "Qarabağ"ın baş meneceri Asif Əsgərov Tağıyevin transfer ehtimalını ehtimalının olduğuqu təsdiqləyib: "Bəli, belə bir söhbət gündəmdə var. Cavid maraq dairəmizdə olan futbolçudu. Onun xidmətləri baş məşqçimiz Qurban Qurbanova təklif olunub. Qurban müəllim razılıq versə, onunla 3 illik müqavilə nəzərdə tutulub".
Qeyd edək ki, yarımmüdafiəçi Tağıyev Tovuz futbol məktəbinin yetirməsidi. Onun son klubu isə AZAL olub. Perspektivinə böyük ümidlər bəslənilən Tağıyev vaxtilə U-21 millimizdə də çıxış edib.
Fanat.az