"Qarabağ" təlim-məşq toplanışını davam etdirir. Fanat.az-ın Antalyaya ezam olunmuş əməkdaşı xəbər verir ki, yüngül zədə alan Muares Muarem dünən səhər məşqini fizioterapevt nəzarətində keçirib.
Ansi Aqolli artıq vətəni Albaniyadan gələrək məşqlərə başlayıb. Braziliyalı futbolçular - Çumbinyo, Riçard Almeyda və Reynaldo Silvanın bu gecə Antalyada olması gözlənilir.
Nikolas Gelaşvili səhər məşqini ayağına dəyən zərbə üzündən yarımçıq dayandırıb. Həkimlərin ilin rəyinə görə, gürcü forvard bu günkü məşqlərdə iştirak edəcək.
Fanat.az