Bu gün Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinin ilk oyunlarına start verilib. Fanat.az xəbər verir ki, qitənin bir nömrəli yarışında ölkəmiz təmsil edən "Qarabağ" da növbəti matçına çıxıb.
İkinci təsnifat mərhələsində Lüksemburqun "Düdelanj" klubunu mübarizədən kənarlaşdıran Ağdam təmsilçisinin rəqibi bu dəfə Çexiya "Viktoriya"sıdı. Qurban Qurbanovun komandasını səfərdən keçirilən oyunda sərfəli nəticə əldə edib. 90 dəqiqə ərzində qapılara qol vurulmayıb. Cütün taleyinə Bakıda keçiriləcək oyunda aydınlıq gələcək.
Qeyd edək ki, bu komandalar arasında cavab matçı avqustun 2-də baş tutacaq.
26 iyul
Çempionlar Liqası, III təsnifat mərhələsinin ilk oyunu
"Viktoriya" (Çexiya) – "Qarabağ" (Azərbaycan) 0:0
Qırmızı vərəqə: Yan Baranek, 75
Baş hakim: Aleksandar Stavrev
Baş hakimin köməkçiləri: Maryan Kirovski, Deyan Kostadinov
Dördüncü hakim: Dimitar Mekarovski (hamısı Makedoniya)
Plzen. "Dusan Arena" stadionu