"Qarabağ"dan mövsümün rekordu

"Qarabağ"dan mövsümün rekordu

Topaz Premyer Liqada III dövrə başa çatıb.

 

Fanat.az-ın PFL-in rəsmi saytına istinadən verdiyi məlumata görə, 2016-cı ilin arxada qalan hissəsinə təsadüf edən 9 turda “Qarabağ” hamıdan üstün olub. 

22 xal toplayan Ağdam təmsilçisi dövrənin qalibidir. Qurban Qurbanovun komandası 18 xal topladığı II dövrədə də hamını arxada qoyub. 

Mövsümün ilk 9 turunun ən yaxşısı isə “Qarabağ”ı top fərqində üstələyən “Qəbələ” idi – 20 xal. İkinci dəfə dövrənin ən yaxşısı olan "Qarabağ" 22 xal toplamaqla 9 tur üçün mövsümün rekord göstəricisinə imza atıb.

 

Əyalət klubu dövrədə hamıdan çox qol vurub və ən az top buraxıb. “Zirə” dövrəni heç-heçəsiz, “Rəvan”la “Xəzər Lənkəran” qələbəsiz bitirib.

1.

Qarabağ

7

1

1

19 - 5 

22

2.

Zirə

7

0

2

17 - 9 

21

3.

Kəpəz

6

1

2

16 - 6 

19

4.

İnter

4

2

3

  8 - 6 

14

5.

AZAL

4

2

3

  8 - 10

14

6.

Qəbələ

4

1

4

  8 - 10

13

7.

Neftçi

3

2

4

  8 - 12

11

8.

Sumqayıt

3

1

5

  6 - 9 

10

9.

Xəzər Lənkəran

0

2

7

  1 - 12

2

10.

Rəvan

0

2

7

  6 - 18

-4

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər