Topaz Premyer Liqasının XIX turunun açılış oyununda “Xəzər Lənkəran”a uduzan “Qarabağ”ın futbolçularınra qadağa qoyulub. Fanat.az xəbər verir ki, baş məşqçi Qurban Qurbanov yetirmələrinə mətbuata açıqlama verməyi qadağan edib.
Qeyd edək ki, "Qarabağ" "Xəzər Lənkəran"a 0:1 hesabı ilə yenilib. Qadağanın nə vaxtadək davam edəcəyi bilinmir.
Fanat.az