"Qarabağ" yeni mövsümün ilk transferini edib.
Fanat.az extratime.az-a istinadən xəbər verir ki, Azərbaycan çempionu "Qəbələ"nin milliləşdirilmiş dağıstanlı müdafiəçisi Arif Daşdəmirovla müqavilə bağlayıb. Anlaşma 2 illiyə nəzərdə tutulub.
Xatırladaq ki, Arif Daşdəmirov ötən mövsümün əvvəlində "Qəbələ" ilə 1 illik müqavilə bağlamışdı. O, bölgə klubunda 46 oyun keçirib və 1 qol vurub. Milli komandamızın üzvü əavvəllər "Şahdağ", "MKT-Araz", "Masallı", AZAL, "Standard" və "İnter"in formasını geyinib.
Fanat.az