"Qarabağ"ın yollarını ayırdığı Jaba Dvalinin yeni klubu müəyyənləşib. Fanat.az xəbər verir ki, Ağdam klubunun Tiflis "Dinamo"sundan icarəyə götürdüyü forvard karyerasını Gürcüstanın digər klubunda davam etdirəcək.
Belə ki, 29 yaşlı forvard "Zestafoni"yə keçib. O, yeni klubu ilə 1+1 illik müqavilə bağlayıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Jaba rəsmi sayta açıqlamasında özünü "Zestafoni"də sübut etmək istədiyini deyib: "Zestafoni" ilə müqavilə bağladığım üçün çox şadam. Mənə etimad göstərən hər kəsə təşəkkür edirəm. Komandamın böyük hədəfləri var. Burda özümü yenidən sübut etmək istəyirəm".
Qeyd edək ki, Jaba Dvali 2009-2012-ci illərdə "Zestafoni"də çıxış edib (98 oyun, 45 qol). Qışda "Dinamo"dan "Qarabağ"a gələn 29 yaşlı hücumçu 6 oyunda meydana çıxıb, 206 dəqiqə oynayıb və qol vurmayıb.
Fanat.az