Sona 4 tur qalmış ardıcıl 3-cü çempionluğunu elan edən "Qarabağ" mövsümü "Qızıl dubl"la başa vurmaq niyyətindədi. Kubokun yarımfinal mərhələsinin ilk matçında "İnter"i 4:0 hesabı ilə yenən Qurban Qurbanovun yetirmələri finaldan sonra istirahətə çəkiləcək və bir müddət sonra Çempionlar Liqasının hazırlıqlarına başlayacaq.
Fanatöaz xəbər verir ki, baş məşqçi Qurban Qurbanov mövcud heyəti qoruyuğ saxlamaq və bir-iki transferlə komandanı daha da gücləndirmək niyyətindədi. Baş məşqçi heyəti qorumaq niyyətində olsa da, komandanı tərk edənlər də olacaq. Onlardan biri Əl Jadeyui Əl Hərbi olacaq. Mərakeşli futbolçu artıq uzun müddətidi Qurban Qurbanovun etimadını qazana bilmir. Premyer Liqa və avrokuboklarda cəmi 17 rəsmi oyuna çıxan 29 yaşlı yarımmüdafiəçi artıq bir müddətdi əvəzedici komandada oynayır. O, mövsüm başa çatan kimi yola salınacaq.
Komandadan getməsi gözlənilən futbolçulardan biri də qapıçı Fərhad Vəliyevdi. Milli komandamızın sabiq qapıçısı artıq bir neçə ildə əsas heyətdəki yerini itirib.
"Qarabağ"ın bir nömməli qapıçısı bosniyalı İbrahim Şehiç, onun əvəzedici qışda transfer edilən Şahruddin Məhəmmədəliyevdi. Üstəlik gənc türk qapıçı Halit Oğuzhan də əsas komandaya cəlb olunur. Karyerasının qürub çağını yaşayan 35 yaşlı Fərhad Vəliyev daha bir neçə il oynamaq niyyətindədi. O, bu məqsədlə yayda oynaya biləcəyi kluba keçmək istəyir. Fərhadı yeni mövsümdə "Zirə"nin heyətində görə bilərik.
Bundan başqa yayda "İnter"dən transfer edilən 22 yaşlı Azər Salahlı heyətə düşməkdə çətinlik çəkir. Müdafiəçi cəmi 6 rəsmi oyunda 494 dəqiqə oynayıb (çempionatda 5, kubokda 1 oyun). Qurban Qurbanov Azərin təcrübə toplaması üçün icarəyə verilməsini istəyir.
Fanat.az