"Qarabağ"dan daha bir transfer

"Qarabağ"dan daha bir transfer

"Qarabağ" daha bir transferi reallaşdırıb. Fanat.az хəbər verir ki, Ağdam klubu "Simurq"dan Vüqar Mustafayevi heyətinə qatıb. 

Gənc yarımmüdafiəçi ilə 3 illik müqavilə imzalanıb. "Qarabağ" transferi yaхın günlərdə rəsmən açıqlayacaq.

Qeyd edək ki, Vüqar Mustafayev mövsümün əvvəlində "Bakı"dan "Simurq"a keçmişdi. 20 yaşlı yarımmüdafiəçi Zaqatala klubunda 17 oyun keçirib və 1306 dəqiqə oynayıb.

"Qarabağ" bundan əvvəl "İnter"dən Elvin Məmmədov, Coşqun Diniyev və Azər Salahlını transfer edib.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər