"Qarabağ"dan ayrılan qapıçı Macarıstan çempionatında

"Qarabağ"dan ayrılan qapıçı Macarıstan çempionatında
İbrahim Şehiçin gəlişindən sonra "Qarabağ"dan ayrılan Miro Varvodiçin yeni klubu müəyyənləşib. Fanat.az xəbər verir ki, xorvat qolkiper karyerasını Macarıstanda davam etdirəcək. O, bu ölkənin "Qyori ETO" klubu ilə rəsmi müqavilə imzalayıb.
Qeyd edək ki, 2012-ci ildə Almaniyanın "Köln" klubundan "Qarabağ"a keçən 24 yaşlı qolkiper ölkəmizdə 28 oyun keçirib. O, "Köln"dən əvvəl Xorvatiyanın "Hayduk" və "Mosor" klublarında çıxış edib.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər