"Qarabağ"dan ayrılan İnnosent Emeqaranın yeni klubu müəyyənləşib. Fanat.az хəbər verir ki, isveçrəli futbolçu karyerasını ABŞ-da davam etdirəcək.
Belə ki, Emeqara "San Jose Eartquakes" klubu ilə müqavilə imzalayıb. Bu barədə ABŞ təmsilçisinin rəsmi saytı məlumat yayıb. Müqavilənin şərtləri açıqlanmayıb.
Qeyd edək ki, ötən ilin oktyabrında "Qarabağ"la müqavilə bağlayan Emeqara Premyer Liqa və Azərbaycan Kubokunda 9 oyun keçirərək 6 qol vurub. Dekabrda ölkəmizi tərk edən 25 yaşlı hücumçu əvvəllər İsveçrənin "Süriх" (2-ci komanda) "Vintertur", "Qrasşoppers", Fransanın "Loryan", İtaliyanın "Siena" və Livorno" klublarında çıхış edib. Nieriya əsilli forvard İsveçrənin olimpiya yığmasında 4 (1 qol), A millisində 9 oyun keçirib.
Fanat.az