Avropa Liqasının qrup mərhələsinə start verilib. Fanat.az xəbər verir ki, Azərbaycan çempionu "Qarabağ" turnirdə debüt edib.
Təmsilçimizin rəqibi Fransanın "Sent-Etyen" klubu olub. Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən qarşılaşmada qapılara qol vurulmayıb və oyun 0:0 hesabı ilə başa çatıb. Bununla da "Qarabağ" Avropa Liqasının qrup mərhələsində bir xalla debüt edib.
Qeyd edək ki, "Qarabağ" bu mövsüm avrokuboklarda mübarizəyə Çempionlar Liqasında başlayıb. Malta "Valletta"sını mübarizədən kənarlaşdıran (1:0, 4:0) Azərbaycan çempionu "Zalsburq"a evdə qalib gəlsə də (2:1), səfərdə uduzub (0:2) və Avropa Liqasının pley-off mərhələsinə düşüb. Qurban Qurbanovun yetirmələri burda Hollandiya "Tvente"sını mübarizədən kənarlaşdırıb (0:0, 1:1).
"Sent-Etyen" klubu 1919-cu ildə yaradılıb. Tarixi ərzində 10 dəfə Fransa çempionu olan komanda 1981-ci ildən sonra bu uğura nail ola bilmir. 6 dəfə Fransa Kubokuna sahib çıxan "Qarabağ"ın rəqibi bir dəfə də Liqa Kubokunu başı üzərinə qaldırıb. Komandaya Kristof Qalte başçılıq edir.
Avropa Liqası
Qrup mərhələsi
I tur, 18 sentyabr
Qarabağ (Azərbaycan) - Sent-Etyen (Fransa) 0:0
Qarabağ: 13. İbrahim Şehiç, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 9. Reynaldo Silva, 10. Muarem Muarem (11. Danilo Dias, 80), 14. Rəşad Sadıqov (k), 20. Riçard Almeyda, 25. Ansi Aqolli, 41. Leroy Corc (99. Namiq Ələsgərov, 70), 55. Bədavi Hüseynov, 70. Çumbinyo (17. Vüqar Nadirov, 46).
Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 7. Namiq Yusifov, 18. İlqar Qurbanov, 24. Admir Teli.
Baş məşqçi: Qurban Qurbanov.
Sent-Etyen: 16. Stepan Ruffier, 6. Ceremi Kleman (k), 7. Maks Qradel, 8. Benjamin Korqnet (12. Allan Sent-Maksimin, 50), 9. Mevlüt Erdinç (18. Fabien Lemoine, 75), 10. Renaud Kohade (28. İsmael Diomande, 87), 19. Florentin Poqba, 20. Conatan Brison, 22. Kevin Monnet-Paquet, 23. Paul Baysse, 26. Mustafa Bayal Sall.
Ehtiyat oyunçular: 30. Cessi Moulin, 11. Yohan Mollo, 29. François Klerk, 32. Cerrold Nyemek.
Baş məşqçi: Kristof Qalte.
Sarı vərəqələr: Ceremi Kleman, 64. Maks Qradel, 67.
Hakimlər: Stiven Maklean, Qavin Harris, Françis Konnor, Alasdair Ross (Şotlandiya).
Əlavə köməkçi hakimlər: Brian Kolvin, Andrev Dallas (Şotlandiya).
Hakim-inspektor: Gilfi Thor Orrason (İslandiya).
UEFA nümayəndəsi: Sergey İliç (Belarus).
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.
Fanat.az