"Qarabağ"dakı karyeramı özüm üçün itirilmiş hesab etmirəm"

"Qarabağ"dakı karyeramı özüm üçün itirilmiş hesab etmirəm"
"Qarabağ"da 1,5 il möhtəşəm zaman keçirmişəm. İlk dəfə "Köln"dən "Qarabağ"da gələndə klub, ölkə haqqında elə də məlumatım yox idi. Amma arxada qalan müddətdə atdığım addımın doğruluğunu gördüm". Fanat.az xəbər verir ki, bu sözləri "Qarabağ"la yollarını ayıran Miro Varvodiç deyib.
Xorvat qolkiper ölkəmizdən gedişinin səbəbləri barədə danışacam: "Eyni zamanda karyeramı düşünməliyəm. Həm Fərhad, həm də Seriç yetərincə yaxşı qolkiper və yaxşı insandılar. Mən də oynamaq istəyirəm. Bu səbəbdən klubla görüşdüm və daim oynamaq niyyətimə görə ayrılmaq istədiyimi bildirdim. Sağ olsunlar, məni anlayışla qəbul etdilər. "Qarabağ"dakı karyeramı özüm üçün itirilmiş hesab etmirəm. Ötən mövsüm çempionluğu son anda əldən verdik. Avrokuboklarda əla çıxış etdik. "Qarabağ"da hər kəsə təşəkkür edirəm. Daim bizi dəstəkləyən azarkeşlərimizə çox sağ ol deyirəm. Onları heç vaxt unutmayacam".
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər