"Qarabağ" "İnter"lə oyuna hazırlaşır. Fanat.az xəbər verir ki, Premyer Liqanın XXXIV turunda "bankirlər"i qəbul edəcək Ağdam klubu gündə bir məşqlə hazırlıqlarını davam etdirir.
Sonuncu turda "Bakı" ilə qolsuz bərabərliyə razılaşan komanda hazırlıqlarını Suraxanı qəsəbə stadionunda keçir. "Bakı" matçını cəza səbəbindən buraxan Rəşad Sadıqov artıq geri dönüb. Kapitan "İnter"lə görüşdə komandanı oyuna çıxara biləcək.
Fanat.az