"Qarabağ"da türk futbolçu

"Qarabağ"da türk futbolçu
"Qarabağ"ın heyətinə daha bir futbolçu qoşulub. Fanat.az xəbər verir ki, 19 yaşlı Şükrü Anıl Tokdəmir ağdamlıların əsas heyətinə dəvət alıb. 
O, "Qarabağ"ın heyətinə Türkiyənin "Qaziantepspor" klubunun gənclərdən ibarət komandasından cəlb olunub. Anıl 3 ay zədəli olduğu üçün məşqlərdə iştirak etməyib.
Bundan sonra son çempionun əvəzediciləri ilə məşqlərdə iştirak edən gənc və perespektivli yarımmüdafiəçi hazırda "Qarabağ"ın Antalya toplanışına cəlb olunub. 
Komandanın baş məşqçisi Qurban Qurbanov futbolçunu bəyənəcəyi halda onunla müqavilə imzalanacaq.(anspress)
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər