"Qarabağ"da sürpriz ziyarət: başqan dəstəyə gəldi

"Qarabağ"da sürpriz ziyarət: başqan dəstəyə gəldi
Bu gün "Qarabağ" "İnter"lə vacib qarşılaşmaya çıxacaq. Premyer Liqanın XXXIV turunun, bəlkə də çempionatın ən vacib görüşünə saatlar qala klubun düşərgəsində xoş bir sürpriz yaşanıb. Belə ki, daim komandanın yanında olan, ən həssas məqamlarda dəstəyini göstərən, inamını nümayiş etdirən "Qarabağ"ın vitse-prezidenti Tahir Gözəl düşərgəni ziyarət edib. 
Fanat.az xəbər verir ki, "Qarabağ"ın təlim-məşq üçün yığışdığı otelə yollanan Tahir bəyi görən komandanın baş məşqçisi Qurban Qurbanov və kapitan Rəşad Sadıqov təəccübləniblər. Başqanının ani gəlişini sevincilə qarşılayan baş məşqçi və kapitan Tahir bəyin ziyarətindən məmnuniyyətini ifadə ediblər. Sürpriz dəstək ziyarətində Gözəllə çay süfrəsindəki söhbət 1 saat davam edib. Başqan komandanın son durumu ilə maraqlanıb və ətraflı bilgi alıb. Bu gün "İnter"lə qarşılaşacaq komandaya inandığını bildirən Tahir bəy "Qarabağ" camiəsinin bu günlərdə bütünləşdiyini və ən böyük uğurları gözlədiyini ifadə edib. Bugünkü oyunda da "Qarabağ"a uğurlar arzulayıb. Gözəl baş məşqçi və kapitanla sağollaşanda komandaya inancını bir daha nümayiş etdirib. 
İşlərinin çoxluğuna baxmayaraq Tahir bəy oteldən ayrılaraq dərhal Suraxanıya yollanıb. Başqan Suraxanı qəsəbə stadionu ərazisində, "Qarabağ"ın yeni bazasının - otel inşaatının tamamlama mərhələsiylə tanış olub. İnşaatla yaxından tanış olan başqan tamamlama prosesinin daha da sürətləndirilməsni tövsiyə edib.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər