"Qarabağ"da son durum: 4-ü dəqiq, 2-si naməlum

"Qarabağ"da son durum: 4-ü dəqiq, 2-si naməlum
"Qarabağ" məşqlərə başlayıb. Fanat.az xəbər verir ki, Premyer Liqanın sonuncu turunda "Neftçi"ni məğlub edərək liderliyini geri alan Ağdam klubu bir günlük istirahətdən sonra "Bakı" matçının hazırlıqlarına start verib.
"Qarabağ" bu oyunda meydana tam heyətlə çıxa bilməyəcək. Kapitan Rəşad Sadıqovla Reynaldo Silva sarı vərəqə limitini doldurduqların görə matçı buraxacaq. Admir Teli və Riçard Almeyda zədə səbəbindən kənarda qalacaq. "Neftçi"ylə oyunda zədə səbəbindən əvəzlənən Maksim Medvedevlə yanaşı Vüqar Nadirovun da zədə problemi var. Onların durumuna oyun günü aydınlıq gələcək.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər