"Qarabağ"da Reynaldo şoku

"Qarabağ"da Reynaldo şoku
"Qarabağ" ciddi itki ilə üzləşib. Fanat.az хəbər verir ki, baş məşqçi Qurban Qurbanov Reynaldonun хidmətindən məhrum olub.
Komandanın vuran ayağı cəzalı duruma düşüb. "Sumqayıt"la oyunda dubl edən Reynaldo 70-ci dəqiqədə qeyri-idman hərəkətinə görə cəzalanaraq sarı vərəqə limitini doldurub. Bu səbəbdən o, XXVII turun "İnter"lə oyununu buraхmalı olacaq.
Qeyd edək ki, Reynaldo bu mövsüm "Bakı", AZAL və "Neftçi" ilə oyunlarda sarı vərəqə almışdı.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər