Qışda "Qarabağ"ın Tiflis "Dinamo"sundan transfer etdiyi Jaba Dvali vətəninə döndükdən sonra uğurlu çıxış etməyə başlayıb. Fanat.az xəbər verir ki, Ağdam klubunda gözlənilən oyunu sərgiləməyən hücumçu hazırda Gürcüstan çempionatının bombardiridi.
Belə ki, "Zestafoni"də çıxış edən Jaba 9 oyunda meydana çıxıb, 752 dəqiqə oynayıb və 9 qol vurub. Bu nəticə ilə o, bombardirlər cədvəlinə başçılıq edir. İkinci pillədə qərarlaşan "Dila"nın üzvü İrakli Modebadzenin aktivində isə 7 qol var.
Qeyd edək ki, Jaba "Qarabağ"ın heyətində 6 oyun keçirib, 206 dəqiqə oynasa da, qol vura bilməmişdi.
Fanat.az