"Qarabağ"da kimlərin müqaviləsi başa çatır? - 8 futbolçu...

"Qarabağ"da kimlərin müqaviləsi başa çatır? - 8 futbolçu...
Çempionluğu rəsmiləşdirən "Qarabağ" "İnter"lə mövsümün son oyununa hazırlaşır. Mayın 22-də baş tutacaq oyundan sonra transfer çalışmalarına start verəcək Ağdam klubu müqaviləsi başa çatan futbolçuları ilə də danışıqlara başlayacaq.
Fanat.az-ın əldə etdiyi məlumata görə, bu ay "Qarabağ"da birdən-birə 8 futbolçunun müqaviləsi bitir. Bunlardan 5-i əcnəbi, 3-ü yerli futboçudu: Muarem Muarem, Admir Teli, Ansi Aqolli, Leroy Corc, Çumbinyo, İlqar Qurbanov, Maksim Medvedev və Vuqar Nadirov.
Bu futbolçulardan hələ hansının komandada saхlanılacağı bəlli deyil. Baş məşqçi Qurban Qurbanov "İnter"lə oyundan sonra qərarını rəhbərliyə bildirəcək.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər