"Qarabağ"da iki yeni müqavilə

"Qarabağ"da iki yeni müqavilə
"Qarabağ" iki futbolçusunun müqaviləsini uzadıb. Fanat.az xəbər verir ki, Ağdam klubu Qara Qarayev və Hacı Əhmədovla yeni anlaşma imzalayıb. Müqaviləyə əsasən onlar 2017-ci ilin yayınadək "Qarabağ"da qalacaq.
Qeyd edək ki, Qara Qarayev Ağdam klubunun yetirməsidi. 2008-ci ildən əsas heyətə cəlb olunan millimizin 21 yaşlı müdafiəçisi 113 oyun keçirib və 1 qol vurub. 2012-ci ildə "Bakı"dan transfer olunan 20 yaşlı arxa xətt oyunçusu Hacı Əhmədov isə "Qarabağ"ın əsas heyətində 24 oyuna çıxıb.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər