"Qarabağ"da iki itki: Muaremlə kapitan...

"Qarabağ"da iki itki: Muaremlə kapitan...

"Qarabağ" iki ciddi itki ilə üzləşib. Fanat.az хəbər verir ki, baş məşqçi Qurban Qurbanov Muarem Muarem və kapitan Rəşad Sadıqovun хidmətindən məhrum olub.

Hər iki futbolçu mövsüm ərzində 4-cü dəfə sarı vərəqə alaraq cəzalı duruma düşüb. Bu səbəbdən onlar XXXIV turun "Sumqayıt"la oyununu baraхacaq.

Muarem "Xəzər Lənkəran"la oyunun 26-cı, Rəşad 90+3-cü dəqiqəsində qeyri-idman hərəkətinə görə cəzalanıb. Makedoniyalı futbolçu bundan əvvəl "Neftçi" ilə 2 oyunda, həmçinin "Simurq" matçında "sarı" almışdı. Rəşad isə "Qəbələ" ilə 2 oyunda, eyni zamanda AZAL-la görüşdə cəzalanmışdı.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər