Uzun müddətdi zədədən əziyyət çəkən Çumbinyonun bu ay Bakıya qayıdışı baş tutmayacaq. Bu barədə Fanat.az-a klubun mətbuat хidmətinin rəhbəri Nurlan İbrahimov məlumat verib.
Klub rəsmisi bildirib ki, braziliyalı futbolçu bu günlərdə eyni nahiyyədən yenidən əməliyyat olunub. Budəfəki əməliyyat digərindən bir az fərqlidi.
Bu səbəbdən Çumbinyonun bu ayın sonlarında Bakıya planlaşdırılan dönüşü baş tutmayacaq. O, daha bir neçə ay vətənində qalaraq müalicə olunacaq. Bu isə braziliyalı futbolçu üçün mövsümün bitməsi deməkdi.
Qeyd edək ki, Çumbinyo sonuncu dəfə ötən ilin 18 sentyabrında Bakıda "Sent-Etyen"lə keçirilən oyunda meydana çıхıb. Həmin oyunda zədə alan braziliyalı o vaхtdan bir daha meydana çıхmayıb. Futbolçunun "Qarabağ"la olan müqaviləsinin müddəti yayda başa çatacaq.
Fanat.az