"Qarabağ"da 5 yeni futbolçu

"Qarabağ"da 5 yeni futbolçu

"Qarabağ" hazırlıqlarını davam etdirir. Fanat.az xəbər verir ki, Premyer Liqanın V turunda AZAL-ın qonağı olacaq komanda gündə bir məşqlə kifayətlənir.  

"Qarabağ" milli oyunlar səbəbindən tam heyətlə çalışa bilmir. Komandada fərqli yığmalara gedən futbolçuların olmaması məşqlərin tam heyətlə baş tutmamasına səbəb olur. Bu səbəbdən baş məşqçi Qurban Qurbanov əvəzedici heyətdən 5 futbolçunu əsas heyətdə məşqlərə çağırıb. Elçin İsmayılov, Seymur Abdullayev, Elnur Mustafayev, Elçin Rəhimli və Fuad Məmmədzadə əvəzedici komandadan dəvət edilib. Belədə "Qarabağ" ümumlikdə 15-16 futbolçunun iştirakıyla məşqlərini davam etdirir. 

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər