"Qarabağ" "Sumqayıt"la oyunun hazırlıqlarını davam etdirir. Fanat.az xəbər verir ki, milli oyunlar səbəbindən tam heyətlə çalışa bilməyən komandada aşağı yaş qruplarından dəvət almış futbolçular da məşq edir.
Daim gəncləri diqqət mərkəzində saxlayan baş məşqçi Qurban Qurbanov adətən milli oyunlar zamanı yaranmış boşluq zamanı gəncləri sınamaqla onların potensialını yoxlayır. Bu dəfəki çalışmaya baş məşqçi daha 4 futbolçunu dəvət edib. 16 yaşlı Eltun Turabov "Qarabağ"ın U-19 və əvəzedici komandasında çıxış edir. Elnur Mustafayev, Nicat Abbasov və Elçin Rəhimlinin isə 17 yaşı var.