"Qarabağ"da itkilərin sayı artıb. Fanat.az xəbər verir ki, Ağdam klubu "Bakı" ilə XIII tur oyununa kapitansız çıxacaq.
Buna səbəb Rəşad Sadıqovun cəzalı duruma düşməsidi. "Neftçi" ilə oyunun 79-cu dəqiqəsində qeyri-idman hərəkətinə görə cəzalanan millimizin üzvü sarı vərəqə limitini doldurub. Rəşad bundan əvvəl "Bakı", "Simurq" və AZAL matçlarında sarı vərəqə ilə cəzalanmışdı.
Qeyd edək ki, Reynaldo Silva da eyni səbəbdən "Bakı"ya qarşı oynamayacaq. Riçard Almeyda zədə səbəbindən matçı kənardan izləyəcək. "Neftçi" ilə oyunda zədələnən Vüqar Nadirovun durumuna isə hələ tam aydınlıq gəlməyib.
Fanat.az