"Qarabağ" müqaviləsi başa çatan 3 futbolçu ilə bağlı qərar verib. Fanat.az xəbər verir ki, baş məşçqi Qurban Qurbanov İlqar Qurbanov, Ansi Aqolli və Muarem Muaremin komandada qalmasını istəyib.
Artıq hər 3 futbolçu ilə yeni müqavilə imzalayıb. Anlaşmaya əsasən onlar daha bir il "Qarabağ"ın formasını geyinəcək.
Qeyd edək ki, Aqolli 2011-ci ildən "Qarabağ"da çıxış edir. Bu müddətdə 235 rəsmi oyuna çıxan alban futbolçu 4 qol vurub. Aqolli kimi 2011-ci ildən Ağdam klubunun formasını geyinən İlqar 123 matçda 5 dəfə fərqlənib. 2012-ci ildən "Qarabağ"da çıxış edən, 2015-ci ilin yayında "Eskişəhərspor"a transfer olunsa da, qışda geri dönən Muarem isə 146 rəsmi oyunda 27 dəfə rəqibləri məyus edib.
Onu da qeyd edək ki, müqaviləsi başa çatan Samuel Armenteros "Qarabağ"ı tərk edib. Ağdam klubunun Əl-Hərbi Əl Jadeyui və Namiq Yusifovla yollarını ayıracağı, Fərhad Vəliyevlə Cavid Tağıyevi icarəyə verəcəyi gözlənilir.
Fanat.az