"Qarabağ" iki itki ilə üzləşib. Fanat.az xəbər verir ki, Çempionlar Liqasının III təsnifat mərhələsində "Zalsburq"un qonağı olan Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov 2 məcburi əvəzetməyə əl atmalı olub.
Belə ki, İlqar Qurbanov 14-cü dəqiqədə zədə alıb. Baş məşqçi onu 20-ci dəqiqədə Namiq Yusifovla əvəzləyib. 60-cı dəqiqədə isə Maksim Medvedev zədə səbəbindən yerini Tərlan Quliyevə verməli olub.
Fanat.az