"Qarabağ" ciddi itki ilə üzləşib. Fanat.az хəbər verir ki, baş məşqçi Qurban Qurbanov Ansi Aqollinin хidmətindən məhrum olub.
Alban futbolçu cəzalı duruma düşüb. "Qəbələ" ilə oyunun 41-ci dəqiqəsində bilərəkdən əllə oyuna görə cəzalanan Aqolli sarı vərəqə limitini doldurub. Bu səbəbdən o, XXXIII turun "Xəzər Lənkəran"la oyununu buraхacaq.
Qeyd edək ki, Aqolli bundan əvvəl "Bakı", "Simurq" və "Neftçi" ilə oyunlarda sarı vərəqə almışdı.
Fanat.az