"Qarabağ"a uduzan komandadan Bakıda stüardessaya əxlaqsız təklif - FOTO

"Qarabağ"a uduzan komandadan Bakıda stüardessaya əxlaqsız təklif - FOTO

Çempionlar Liqasının II təsnifat mərhələsində "Qarabağ"a məğlub olan Lüksemburqun "Düdelanj" klubunun futbolçuları Bakıdan geri qayıdarkən dava salıblar.

Bu barədə hadisə şahidləri məlumat verib. “Lufthansa” hava şirkətinin təyyarəsi ilə geri dönən "Düdelanj"lı futbolçulardan biri təyyarədəki stüardessaya sataşıb. Futbolçunun əxlaqsız təklifindən sonra ara qızışıb. Onlar həm də təyyarəyə əyləşdikləri andan yüksək səslə danışmağa və gülməyə başlayıblar.

Sərnişinlərin müdaxiləsinin ardından təyyarədə dava düşüb. Təyyarə əməkdaşlarının səyi nəticəsində hadisənin böyüməsinin qarşısı alınıb.

Hadisə zamanı çəkilən görüntüləri təqdim edirik. (azxeber.com)

"Qarabağ"a uduzan komandadan Bakıda stüardessaya əxlaqsız təklif - FOTO

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər