"Qarabağ"a qarşı oynayan futbolçunun qiyməti - 84 milyon manat

"Qarabağ"a qarşı oynayan futbolçunun qiyməti - 84 milyon manat

"Sautqempton" "Liverpu"un istədiyi Sadio Maneyə qiymət qoyub. Fanat.az xəbər verir ki, Premyer Liqa klubu seneqalı hücumçusu üçün 40 milyon funt-sterlinq (təxminən 84 milyon manat 648 min manat) tələb edir.

Sadio Mane 2014-cü ildə "Zalsburq"dan "Sautqempton"a 15 milyon avroya transfer olunub. Hazırda "Transfermarkt" 24 yaşlı futbolçuya 20 milyon avro qiyiət qoyub. Seneqal millisinin üzvü 2015/16 mövsümündə "Sautqempton"un heyətində 43 rəsmi oyuna çıxıb və 15 qol vurub.

Qeyd edək ki, Sadio Mane "Qarabağ"a qarşı iki oyun keçirib. Belə ki, o, 2014/15 mövsümündə Çempionlar Liqasının təsnifat mərhələsində təmsilçimizə qarşı hər iki matçda 90 dəqiqə meydanda olub. Həminvaxt ilk matçı 2:1 hesabı ilə qazanan "Qarabağ" cavab görüşündə iki cavabsız qolla yenilərək Avropa Liqasına düşmüşdü - 0:2.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər