"Qarabağ"a qarşı oynamış futbolçu ÇL-in finalçısına transfer olundu

"Qarabağ"a qarşı oynamış futbolçu ÇL-in finalçısına transfer olundu

İtaliyanın "İnter" klubu Zaqreb "Dinamo"sunun və Xorvatiya millisinin mərkəz yarımmüdafiəçisi Petar Suçiçin transferini reallaşdırıb. 

Fanat.Az xəbər verir ki, məlumatı İtaliya nəhənginin mətbuat xidməti yayıb 

Suçiçlə müqavilə 5 il müddətə - 2030-cu ilin yayına kimi nəzərdə tutulub. Transferin məbləği qeyd olunmasa da, mətbuatda yayılan məlumatlara görə, keçid 14 milyon avro təşkil edib.

Suçiç ötən mövsüm klub səviyyəsində bütün yarışlarda 32 oyunda 7 qol vurub və 4 məhsuldar ötürmə verib. Ötən il Xorvatiya millisində debüt edən yarımmüdafiəçi bu oyunda 7 oyun keçirib və 1 qol vurub.

Qeyd edək ki, Petar Suçiç ötən yay "Qarabağ"la UEFA Çempionlar Liqasında pley-off mərhələsinin hər iki oyununda start heyətində meydana çıxıb.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər