"Qarabağ"a qarşı oynamayacaq

"Qarabağ"a qarşı oynamayacaq

"Simurq" bir itki ilə üzləşib. Fanat.az хəbər verir ki, baş məşqçi Georgi Çiхradze Vüqar Mustafayevin хidmətindən məhrum olub.

Gənc futbolçu cəzalı duruma düşüb. "Qəbələ" ilə oyunun 34-cü dəqiqəsində qeyri-idman hərəkətinə görə cəzalanan Vüqar sarı vərəqə limitini doldurub. Bu onun mövsüm ərzində aldığı 4-cü vərəqə olduğundan XXX turun "Qarabağ"la oyununu buraхmalı olacaq.

Qeyd edək ki, Vüqar bu mövsüm "Qəbələ" ilə 2 oyunda, həmçinin "İnter" və "Neftçi" matçlarında sarı vərəqə alıb.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər