"Qarabağ"a qalib gəlməliyik"

"Qarabağ"a qalib gəlməliyik"
"Bu, həlledici matç olduğundan, qalib gəlməliyik. Azarkeşlərimizin dəstəyi ilə qrupa düşəcəyik. İnanıram ki, onların sayəsində stadionda əsl Avropa gecəsi atmosferi yaşanacaq". Fanat.az xəbər verir ki, bu sözləri Avropa Liqasının pley-off mərhələsinin cavab oyununda "Qarabağ"ı qəbul edəcək "Tvente"nin kapitanı Andreas Byelland deyib.
"Tvente"nin hollandiyalı gənc yarımmüdafiəçisi Deril Laxman isə belə oyunların onların yetişməsində böyük rolu olduğunu dilə gətirib: "Mənim üçün Avropamiqyaslı oyunlarda çıxış etmək çox mühümdü. Futbolçu belə matçlarda yetişir. Bundan əlavə, Azərbaycan kimi xarici ölkələrə səfər edirsən. Bunların hamısı gələcək üçün təcrübədi". 
Qeyd edək ki, avqustun 28-də keçiriləcək "Tvente" - "Qarabağ" görüşü Bakı vaxtı ilə saat 22.30-da başlayacaq. 
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər