"Valletta"nın baş məşqçisi Cilbert Aqius "Qarabağ"la oyunla bağlı danışıb. Fanat.az xəbər verir ki, Malta klubunun çalışdırıcısı Azərbaycan çempionunun şanslarını yüksək qiymətləndirib:
"Evdəki oyunda qolsuz bərabərliyə imza atsaq, bunu uğur sayacağam. Futbolçularımın fərdi keyfiyyətlərinə bələdəm. Onlar 90 dəqiqə ərzində rəqibə başağrısı olmaq iqtidarındadılar. Əsas məqsədimiz növbəti mərhələ şanslarımızı saxlamaqdı. 90 dəqiqə ərzində diqqətli oynasaq, "Qarabağ"a problemlər yarada bilərik. Komandalar arasında böyük fərq var. Ancaq biz asan təslim olmaq fikrində deyilik. "Qarabağ" ötən mövsüm "pley-off"a qədər irəliləməklə güclü komanda olduğunu nümayiş etdirib. Rəqibin üç güclü braziliyalı yarımmüdafiəçisi var. Cinah müdafiəçiləri həm irəlidə, həm də arxa xətdə sürətli oyunu ilə seçilir. Etiraf edim ki, oyunu daha çox müdafiədə keçirəcəyik və əks hücumlara bel bağlayacağıq".
Fanat.az