"Qarabağ"a ÇL-də uğurlar arzulayıram" - Vəli Qasımov

"Qarabağ"a ÇL-də uğurlar arzulayıram" - Vəli Qasımov
Premyer Liqanın XXX turu çərçivəsində keçirilən "Neftçi" - "Qarabağ" matçı ağdamlıların 2:1 hesablı qələbəsi ilə yekunlaşdı. Fanat.az xəbər verir ki, qarşılaşmadan sonra bakılıların baş məşqçisi Vəli Qasımov oyunla bağlı fikirlərini səsləndirib:
"Futbolçularımız vuruşdular ki, qələbə qazansınlar. "Qarabağ"ı təbrik edirəm. Onlara Çempionlar Liqasında uğurlar arzu edirəm. Rəqibin ustalığı öz sözünü deyir. Biz də risk edib əvəzetmələrə əl atdıq. Araz Abdullayevlə bağlı heç bir problem yoxdu. İstənilən vaxt meydanda ola bilər. Qapıda Aqil Məmmədova güvənməyimdə səbəb onun təcrübəli olmasından irəli gəlirdi. Biz kubokla yanaşı, çempionatı da yaddan çıxarmırıq. Sona qədər mübarizə aparacağıq".
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər