"Qarabağ"a iki qol vuran gürcünü evində soydular

"Qarabağ"a iki qol vuran gürcünü evində soydular

"Olimpik Lion" klubunun gürcü hücumçusu Jorj Mikautadze evində silahlı şəxslər tərəfindən soyulub.

Fanat.Az xəbər verir ki, sözügedən oyunçu fiziki zərər görməsə də, onun 250 min avro dəyərindəki əşyaları oğurlanıb.

Fransa mətbuatında yayılan məlumatlara görə, 24 yaşlı Jorjun evinə girən iki nəfər kapüşonlu şəxs futbolçunu silahla hədələyərək qarət ediblər. Cinayətkarlar evdən müxtəlif saatlar, dəbdəbəli dəri əşyalar və zinət əşyaları aparıblar. 

Hadisə ilə bağlı cinayət işi açıldığı və hazırda araşdırmalar aparıldığı bildirilib.

Rafael

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər