"Qarabağ"a görə qorxu hissi keçirmirik"

"Qarabağ"a görə qorxu hissi keçirmirik"
Çempionlar Liqasının II təsnifat mərhələsində "Qarabağ"ın qonağı Çernoqoriyanln “Rudar” klubunun qapıçısı Miloş Radanoviç oyunla bağlı fikirlərini bildirib. Fanat.az xəbər verir ki, qolkiper bunları deyib: 
“Qarabağ” yaxşı komandadı. Rəqibin bir neçə oyununun diskinə baxmışıq. Deyə bilərəm ki, “Qarabağ” kompakt futbol nümayiş etdirir. Rəqibin bütün mövqelərində güclü oyunçular çıxış edir. Onların hər biri Avropanın istənilən liqasında çıxış etmək gücündədi. “Qarabağ” təcrübə baxımından da bizi üstələyir. Buna baxmayaraq, qorxu hissi keçirmirik. “Qarabağ” favorit sayılsa da, biz də optimistik".
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər