"Qarabağ"ın düşərgəsinə daha bir futbolçu qoşulub. Fanat.az-ın Antalyaya ezam olunmuş əməkdaşı xəbər verir ki, Reynaldo Silva bu gün Türkiyəyə gəlib.
Lakin braziliyalı futbolçu hələ məşqlərə başlamayıb. O, sabahdan məşqlərdə iştirak edəcək.
Qeyd edək ki, digər braziliyalılar - Çumbinyo və Riçard Almeyda hələ düşərgəyə gəlməyib.
Fanat.az